Bakı. Trend:
İnsanların Mariupoldan təxliyyəsi üzrə əməliyyat davam edir.
Trend xəbər verir ki, bu barədə Ukraynanın prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
"Biz insanlarımızı Mariupoldan xilas etmək üçün hər şeyi etməyə davam edirik. Təxliyyə üzrə əməliyyatı davam edir. Sabah Berdyansk, Tokmak, Vasilyevkadan humanitar dəhlizlərdə hərəkət gözləyirik", - deyə V.Zelenski bildirib.