...

Yaponiyada uşaqların sayı rekord həddə düşüb

Dünya xəbərləri Materials 4 May 2022 05:54 (UTC +04:00)
Yaponiyada uşaqların sayı rekord həddə düşüb

Bakı. Trend:

Yaponiyada uşaqların sayı statistikanın başladığı 1950-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Trend "TASS"-a istinadla xəbər verir ki, bu barədə Yaponiya İnzibati İşlər və Kommunikasiya Nazirliyinin ölkədə qeyd olunan 5 May - Uşaqların Müdafiəsi Günü ilə bağlı çərşənbə günü yaydığı hesabatda deyilir.

Qeyd olunur ki, aprelin 1-nə ölkədə 14 yaşa qədər 14,65 milyon qız və oğlan olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 250 min uşaq azdır.

Ölkənin 14 yaşa qədər sakinləri hazırda əhalinin cəmi 11,7%-ni təşkil edir. Yaponiya bu göstəriciyə görə əhalisi 40 milyon nəfərdən çox olan 35 ölkə arasında ən aşağı yeri tutur.

1982-ci ildən bəri ölkədə uşaqların sayı durmadan azalır. Son illərdə pandemiya səbəbindən doğum nisbəti daha da aşağı düşüb.

2020-ci ilin oktyabrından 2021-ci ilin oktyabrınadək Yaponiya əhalisi, o cümlədən ölkədə daimi yaşayan əcnəbilər də daxil olmaqla, 644 min nəfər azalaraq 125,5 milyon nəfərə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti