...

Kubada mehmanxanada baş verən partlayışda 32 nəfər ölüb

Dünya xəbərləri Materials 8 May 2022 01:49 (UTC +04:00)
Kubada mehmanxanada baş verən partlayışda 32 nəfər ölüb

Bakı. Trend:

Kubanın Havana şəhərinin mərkəzində "Saratoqa" mehmanxanasında partlayış nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi Beynəlxalq Qırmızı Xaçın Komitəsinə istinadən bildirib.

Daha 80 nəfər xəsarət alıb. Bundan əlavə, 19 nəfər itkin düşmüş hesab edilir.

Qeyd edək ki, partlayış mayın 6-da baş verib. Təmir işləri aparılan mehmanxananın binasına çoxlu ziyan dəyib, fasadın bir hissəsi uçub. Bildirilib ki, məhmanxanada təmir işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti