...

Türkiyə və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 11 May 2022 03:40 (UTC +04:00)
Türkiyə və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub

Bakı. Trend:

Türkiyənin milli müdafi naziri Hulusi Akar və onun ukraynalı həmkarı Aleksey Reznikov arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, telefon danışığı zamanı əsas diqqət Ukrayna limanlarında qalmış Türkiyə gəmilərinin, eləcə də Kiyevdən Ankaraya qayıtmaq üçün hava məkanının açılmasını gözləyən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus A400M təyyarələrinin təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Türkiyənin milli müdafiə naziri Ukraynada tezliklə atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.

"Türkiyə sülhün bərpası və Ukraynaya humanitar yardımın çatdırılması üçün səylərini davam etdirəcək", - deyə H.Akar əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti