...

ABŞ Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı konsensusun tapılacağına inanır

Dünya xəbərləri Materials 17 May 2022 04:32 (UTC +04:00)
ABŞ Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı konsensusun tapılacağına inanır

Bakı. Trend:

ABŞ Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyini alqışlayır və alyansın bu namizədlər üzrə konsensusa gələ biləcəyinə inanır.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ağ Ev təmsilçisi Karine Jan-Pyer deyib.

"Biz Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyi ilə bağlı son bəyanatlarını alqışlayırıq, Brüsseldə rəsmi olaraq təqdim olunan ərizələri dəstəkləyəcəyik", - o bildirib.

Jurnalistin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə mane olacağını deyən Türkiyənin mövqeyi ilə bağlı sualını cavablandıran Jan-Pyer ABŞ dövlət katibi Antoni Blinkenin alyans ölkələri arasında sonunda konsensusun tapılacağına inandığı barədə bəyanatına istinad etmişdir.

Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmi Ankaranın Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacağını bəyan etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti