...

Çavuşoğlu və Quterreş Ukraynanı müzakirə ediblər

Dünya xəbərləri Materials 19 May 2022 03:43 (UTC +04:00)
Çavuşoğlu və Quterreş Ukraynanı müzakirə ediblər

Bakı. Trend:

BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və BMT-nin baş katibi Antoniu Quterreş arasında görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə baş katibin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, tərəflər regional məsələləri, o cümlədən Ukraynadakı hadisələri müzakirə ediblər.

Qeyd edilib ki, tərəflər arasında Suriya, Liviya və Əfqanıstandakı vəziyyət, həmçinin Kipr nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

A.Quterreş Türkiyəyə beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipini dəstəklədiyinə və ölkənin BMT-yə verdiyi töhfəyə görə təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti