...

NATO-da terror təşkilatlarını qəbul edə bilmərik - Ərdoğan

Dünya xəbərləri Materials 19 May 2022 13:23 (UTC +04:00)
NATO-da terror təşkilatlarını qəbul edə bilmərik - Ərdoğan
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

NATO-da terror təşkilatlarını qəbul edə bilmərik.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkiyəli gənclərlə görüşü zamanı deyib.

O bildirib ki, yeni üzvlərin qəbul olunması üçün tam razılıq tələb olunur.

"Bir ölkə "yox" desə, qəbul edə bilməzlər. NATO təhlükəsizlik qurumudur, orada terror təşkilatlarını qəbul edə bilmərik. İsveç isə terror mərkəzidir, terrorçuların yuvasıdır. Biz qəti şəkildə siyasətimizi davam etdirəcəyik, Finlandiya ilə İsveçin NATO-ya üzvlüyünə "yox" deyəcəyimizi bildirmişik və bu yolda davam edəcəyik", - R.T.Ərdoğan deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti