...

NATO 42 minədək hərbçisini yüksək döyüşə hazırlıq vəziyyətinə gətirib

Dünya xəbərləri Materials 20 May 2022 01:43 (UTC +04:00)
NATO 42 minədək hərbçisini yüksək döyüşə hazırlıq vəziyyətinə gətirib

Bakı. Trend:

NATO yüksək döyüş hazırlığı vəziyyətində olan qüvvələrin sayını 42 minə çatdırıb.

Trend xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında NATO Müttəfiq Qüvvələrinin (JAF) Avropadakı ali baş komandanı amerikalı general Todd Uolters bildirib.

"Avropada Ali Baş Komandan kimi mənim rəhbərliyim altında hazırda yüksək döyüş hazırlığı vəziyyətində olan 42 mindən çox hərbçimiz və 120 təyyarəmiz var, 20-dən çox gəmi də hazır vəziyyətdədir", - o bildirib.

T. Uolters qeyd edib ki, hazırda Birləşmiş Ştatların kollektiv müdafiəyə töhfəsi 100 mindən çox hərbi qulluqçudan ibarətdir.

"Ümumiyyətlə, NATO-nun qətiyyəti və birliyi heç vaxt bu qədər yüksək olmayıb”, - amerikalı general vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti