...

Çimkənddə doğum evinin yaxınlığında baş verən partlayışda ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 21 May 2022 19:58 (UTC +04:00)
Çimkənddə doğum evinin yaxınlığında baş verən partlayışda ölənlərin sayı artıb

Bakı. Trend:

Qazaxıstanın Çimkənd şəhərində doğum evinin yaxınlığında yerləşən aptekdə partlayış baş verib.

Trend "Kazinform"a istinadən xəbər verir ki, partlayış nəticəsində 3 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, xəsarət alanlar yaxınqlıdakı xəstəxanalara çatdırılıb.

Bildirilir ki, partlayış zamanı doğum evində 189 pasient və 65 əməkdaş olub.

Qeyd edilib ki, partlayışa səbəb qaz sızması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti