...

Türkiyə SQ Suriyanın şimalında 12 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 22 May 2022 19:11
Türkiyə SQ Suriyanın şimalında 12 terrorçunu zərərsizləşdirib

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 12 YPG yaraqlısını zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə bazar günü Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, silahlılar “Fərat Qalxanı” və “Zeytun budağı” antiterror əməliyyatlarının keçirildiyi zonaları atəşə tutub.

Qurum bildirir ki, Türkiyə Silahlı Qüvvələri bölgədəki təhdidləri aradan qaldırmağa davam edəcəklər.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə minlərlər Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti