...

Yaponiyada güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 22 May 2022 20:59 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın Hönsü adasının sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Tateyama şəhərindən 231 km cənub-şərqdə, təxminən 50 min insanın yaşadığı Çiba prefekturasında, ocağın 60 kilometr dərinlikdə yerləşdiyi qeyd edilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti