Bakı. Trend:
Filippinin Luzon adasının sahillərində sürətli qayığın yanması nəticəsində azı 7 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə Filippin Sahil Mühafizəsinin rəsmi "Facebook" səhifəsində bildirilib.
Məlumata əsasən, gəmidə 124 sərnişin olub, onlardan 105-i xilas edilib.
Yerli vaxtla səhər saat 05:00 radələrində gəmi Polillo adasından ayrılaraq Luzon adasına doğru yola düşüb. Yanğın təyinat məntəqəsinə 1 km-dən az qalmış zaman baş verib.