...

Türkiyə Milli Təhlükəsizlik Şurası bir sıra məsələləri müzakirə edəcək

Dünya xəbərləri Materials 26 May 2022 01:48
Türkiyə Milli Təhlükəsizlik Şurası bir sıra məsələləri müzakirə edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə Milli Təhlükəsizlik Şurası prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə mayın 26-da keçiriləcək iclasda Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətləri, İraqın şimalındakı "Pençe-Kilit" antiterror əməliyyatı zonasındakı vəziyyəti müzakirə edəcək.

Trend-in məlumatına görə, iclas zamanı, həmçinin qonşu Yunanıstan tərəfindən hərbi arsenalın gücləndirilməsi də müzakirə olunacaq.

Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin əvvəlindən bu yana üçüncü iclası zamanı Ankaranı maraqlandıran digər mövzulara, o cümlədən Ukrayna ilə Rusiya arasında müharibə mövzusuna toxunulacaq. Qara dənizin şimalındakı vəziyyət kontekstində Türkiyənin Ukrayna ətrafında sülh təşəbbüsləri, vasitəçilik təşəbbüsləri, humanitar yardım göndərilməsi və uzunmüddətli atəşkəsə nail olmaq səyləri barədə fikir mübadiləsi aparılacaq.

Şura üzvləri, həmçinin Türkiyənin cənub sərhədləri yaxınlığında təhlükəsizlik zonasının formalaşdırılması istiqamətində atılan addımları, o cümlədən antiterror əməliyyatlarının aparılmasını müzakirə edəcəklər.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti