...

Türkiyədə işçiləri aparan mikroavtobus qəzaya uğrayıb, yaralılar var

Dünya xəbərləri Materials 27 May 2022 10:56 (UTC +04:00)
Türkiyədə işçiləri aparan mikroavtobus qəzaya uğrayıb, yaralılar var
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda işçiləri aparan mikroavtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 11 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Qəza İstanbulun Ümraniye rayonunda qeydə alınıb.

İlkin məlumatlara əsasən, avtobusda nasazlıq yarandığı üçün sürücü idarəetməni itirib və yolun kənarında dayanan yük maşınına çırpılıb.

Yaralı işçilər xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti