...

Tramp ABŞ prezidenti postu uğrunda mübarizəya qatılacağını istisna etmiyib

Dünya xəbərləri Materials 28 May 2022 02:53 (UTC +04:00)
Tramp ABŞ prezidenti postu uğrunda mübarizəya qatılacağını istisna etmiyib

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkə başçısı postu uğrunda mübarizəya qatılacağını istisna etmiyib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Milli Atıcılar Assosiasiyasının Texasda keçirilən toplantısında çıxış edən Ağ Evin keçmiş rəhbəri qeyd edib ki, 2020-ci ildə iğtişaşlar zamanı Demokrat qubernatorlara Minneapolis, Çikaqo və Portlenddə problemi təkbaşına həll etməyə icazə verib.

"Yenidən prezidentliyə namizəd olsam və qalib gəlsəm, artıq bu qaydalara riayət etmək məcburiyyətində qalmayacağam. Mən, indiyə qədər heç kimin etmədiyi kimi zorakılıqla bağlı olan cinayətlərin qarşısını alacam", - eks-prezident bildirib.

Xatırladaq ki, 2020-ci ilin yaz və yayında afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar ABŞ-ın onlarla şəhərində kütləvi etirazlar baş vermiş, daha sonra iğtişaşlar və polislə toqquşmalar qeydə alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti