...

Avropa Komissiyası Aİ ölkələrini Rusiyanın neft embarqosunu təxirə salmağa təklif edib

Dünya xəbərləri Materials 29 May 2022 08:52 (UTC +04:00)
Avropa Komissiyası Aİ ölkələrini Rusiyanın neft embarqosunu təxirə salmağa təklif edib

Bakı. Trend:

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv ölkələrin hökumətlərini Rusiyadan “Drujba” kəməri ilə neft tədarükünə qoyulan qadağanı təxirə salmağı nəzərdən keçirməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi sənaye nümayəndələrinə istinadən bildirib.

"Aİ Macarıstanın etirazlarını qarşılamaq və dayandırılmış sanksiyalar paketini müzakirə etmək üçün Rusiyadan dəniz neftinin daşınmasını qadağan etməyi və əsas boru kəmərinə idxal məhdudiyyətlərini təxirə salmağı təklif edir", deyə qeyd olunub.

Məlumata əsasən, mayın 28-də Avropa Komissiyası dövlətlərə neft embarqosunu təxirə salmağa imkan verən “yenidən baxılan təklif”i göndərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti