Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Şurası İranı nüvə proqramı ilə bağlı məlumatı kifayət qədər açıqlamadığına görə tənqid edən qətnaməni təsdiqləyib.
Trend xəbər verir ki, bunu Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.
"AEBA-nın İdarə Şurası Almaniya, Fransa, Böyük Britaniya və ABŞ-ın təşəbbüsü ilə İranla bağlı qətnamə qəbul edib", - deyə M.Ulyanov bildirib.
Onun sözlərinə görə, Şuranın 30 üzvü qətnaməni dəstəkləsə də, ikisi - Rusiya və Çin sənədin əleyhinə səs verib. Hindistan, Liviya və Pakistan səs verməyiblər.