Bakı. Trend:
Mayın sonunda Meksikanın "Oaxaka" ştatında başlayan "Aqata" qasırğası 28 mindən çox evə ziyan vurub.
Trend-in məlumatına görə, bu barədə bölgənin qubernatoru Alexandro Murat mətbuat konfransı zamanı bildirib.
"Biz məlumat toplamağa başlamışıq və 28 mindən çox ziyan vurulan yaşayış binasının və 191 məktəbin bərpasına başlanılacaq", deyə o qeyd edib.
Ümumilikdə 100 mindən çox insana maddi ziyan dəyib. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ştatın həm sahilyanı, həm də dağlıq ərazilərində 69 bələdiyyədə fövqəladə vəziyyət elan edilib.