...

Fransada bu gün parlament seçkilərinin ikinci turu keçiriləcək

Dünya xəbərləri Materials 19 İyun 2022 04:25 (UTC +04:00)
Fransada bu gün parlament seçkilərinin ikinci turu keçiriləcək

Bakı. Trend:

Bazar günü Fransada Milli Assambleyaya seçkilərin ikinci turu keçiriləcək.

Trend xəbər verir ki, ekspertlərin və medianın diqqəti hazırkı prezident Emmanuel Makronun koalisiyasının Fransa parlamentinin aşağı palatasında çoxluğu qoruyub saxlaya bilib-bilməyəcəyi sualına yönəlib.

Bir həftə əvvəl seçkilərin ilk raundda Makronun “Birgə” koalisiyası solçu Jan-Lyuk Mélenchonun rəhbərlik etdiyi Yeni Xalq Ekoloji və Sosial Birliyi (Nupes) ilə demək olar ki, eyni səs toplamışdı.

Qeyd edək ki, 577 yerlik Fransa Milli Assambleyasında əksəriyyət üçün ən azı 289 mandat qazanmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti