Bakı. Trend:
Kolumbiyanın Kauca departamentinin Paez bələdiyyəsi yaxınlığında baş verən sürüşmə nəticəsində üçü uşaq olmaqla azı 8 nəfər həlak olub.
Trend "Sinxua" agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
"Paez bələdiyyəsindən təxminən 6 km aralıda yerləşən əraziyə çatmaqda xeyli çətinliklər yaranıb. Yolun müxtəlif hissələrində sürüşmə baş verib və bələdiyyənin müvafiq xilasetmə texnikası yoxdur", - rısmi mənbədən bildirilib.
Torpaq sürüşməsinə bu mövsüm ölkənin əksər ərazilərində müşahidə olunan güclü yağışlar səbəb olub.
Xilasedicilər dağıntılar altından qurbanların qalıqlarını çıxarmaq üçün müvafiq təsbirlər görürlər.