Bakı. Trend:
Türkiyə 2022-ci ilin yanvar-may aylarında İrana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artıraraq 23,9 milyon dollara çatdırıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
May ayında Türkiyə İrana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 4,4 faiz azaldaraq 3,4 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,6 faiz artaraq 9,6 milyard dollara bərabər olub.
Bu ilin may ayında Türkiyə 1,9 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 11 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 24,8 milyard dollar məbləğində polad ixrac edib.