...

Banqladeşdə daşqın nəticəsində ölənlərin sayı 80 nəfəri ötüb

Dünya xəbərləri Materials 26 İyun 2022 08:56 (UTC +04:00)
Banqladeşdə daşqın nəticəsində ölənlərin sayı 80 nəfəri ötüb

Bakı. Trend:

Banqladeşdə güclü mövsümi yağışlar nəticəsində çayların məcrasından çıxaraq daşqınlar yaratması səbəbindən 82 nəfər həyatını itirib.

Trend xarici mətbuata istinadla xəbər verir ki, ölkənin müvafiq qurumlarının yaydığı məlumata görə, qurbanların əksəriyyəti sularda boğularaq vəfat edib. Bundan əlavə bəzi ərazilərdə ilan sancması, ildırım vurması və torpaq sürüşməsi səbəbindən ölüm halları da qeydə alınıb.

Son 24 saat ərzində azı doqquz nəfərin öldüyü bildirilir. Onlarda yeddi nəfəri boğularaq həyatının itirib, bir nəfəri ilan sancıb, bir nəfər isə təbii fəlakətin meydana gətirdiyi digər səbəblərdən ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti