...

Pakistanda 4 terrorçu zərərsizləşdirilib

Dünya xəbərləri Materials 26 İyun 2022 09:46 (UTC +04:00)
Pakistanda 4 terrorçu zərərsizləşdirilib

Bakı. Trend:

Pakistanın təhlükəsizlik qüvvələri Şimali Vəziristan dairəsində 4 terrorçunu zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə "Geo.tv" televiziya kanalı ölkənin Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə qurumlararası xidmətinə istinadən bildirib.

Məlumata əsasən, silahlılar Pakistan xüsusi təyinatlılarının dairənin mərkəzi hissəsində yerləşən Dossali rayonunda keçirdiyi antiterror əməliyyatı zamanı məhv edilib.

Toqquşma yerindən silah və sursat götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti