...

Dünyada koronavirusdan ölənlərin sayı bu ay ilk dəfə artıb

Dünya xəbərləri Materials 27 İyun 2022 05:41 (UTC +04:00)
Dünyada koronavirusdan ölənlərin sayı bu ay ilk dəfə artıb

Bakı. Trend:

Bu həftə dünyada koronavirusa yeni yoluxma hallarının sayı 4,2 milyonu keçib ki, bu da əvvəlki həftə ilə müqayisədə 800 min yoluxma halı daha çoxdur.

Trend xəbər verir ki, bu barədə "TASS"ın statistikasında deyilir.

Məlumata əsasən, koronavirusdan ölüm hallarının sayı bu ay ilk dəfə artıb. Son 7 gün ərzində koronavirusdan 9,7 min nəfər ölüb ki, bu da öncəki həftə ilə müqayisədə min ölüm halı daha çoxdur.

Qeyd edilir ki, ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti