Bakı. Trend:
İsraildə növbədənkənar parlament seçkiləri noyabrın 1-də keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Knessetin bugünkü iclasında qərar verilib.
İsrailin hazırkı baş naziri Naftali Bennett bu seçkilərdə iştirak etməyəcəyini bəyan edib.
Ölkədə seçkilərdən sonra yeni hökumət formalaşdırılanadək xarici işlər naziri Yair Lapid hökumətə rəhbərlik edəcək.