Bakı. Trend:
Argentinanın İqtisadiyyat naziri Martin Qusman şənbə günü istefa ərizəsini təqdim edib.
Trend-in məlumatına görə, bu barədə M.Qusmanın öz "Twitter" səhifəsində paylaşdığı məktubunda bildirib.
"Hörmətli Prezident Alberto Fernandez, 10 dekabr 2019-cu il tarixindən etibarən mənim üçün şərəf olduğum İqtisadiyyat Naziri vəzifəsindən istefa vermək üçün sizə məktub yazıram", - deyə qeyd olunub.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinin üzərinə prezident tərəfindən seçiləcək başqa bir şəxsin əlinə keçməsinin vaxtı çatıb.