...

Yaponiyanın keçmiş baş naziri Şinzo Abe silahlı hücuma məruz qalıb

Dünya xəbərləri Materials 8 İyul 2022 08:02 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın keçmiş baş naziri Şinzo Abe Nara şəhərində seçki kampaniyası əsnasında çıxışı zamanı silahlı hücuma məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə bu barədə "NHK" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, nəticədə siyasətçi döş qəfəsindən yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, ən azı iki atəş açılıb. Keçmiş baş nazirin özü qanaxma ilə xəstəxanaya aparılıb.

Telekanal qeyd edib ki, hücum edən şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti