...

FIFA və UEFA-nın sabiq prezidentləri korrupsiya qalmaqalında bəraət qazandı

Dünya xəbərləri Materials 8 İyul 2022 12:46 (UTC +04:00)
FIFA və UEFA-nın sabiq prezidentləri korrupsiya qalmaqalında bəraət qazandı
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyasının (FIFA) sabiq prezidenti Yozef Blatterin və Avropa Futbol Assosiasisyaları İttifaqının (UEFA) sabiq prezidenti Mişel Platini ittiham olunduqları korrupsiya məsələsi ilə bağlı bəraət qazanıblar.

Trend-in məlumatına görə, bu barədə İsveçrə federal cinayət məhkəməsinin qərarında deyilir.

Məhkəmə onların Y.Blatterin M.Platiniyə ödədiyi 2 milyon frank dəyərində vəsaitin rüşvət olmadığını bildirib.

Qeyd edək ki, prokurorluq hər iki şəxsin 1 il 8 ay müddətinə şərti həbs cəzasını tələb edirdi.

Xatırladaq ki, FIFA və UEFA rəhbərləri 2015-ci ildə korrupsiya və fırıldaqçılıqda ittiham olunaraq cinayət məsuliyyətinə cəlb olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti