...

ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni yardım paketi ayırıb

Dünya xəbərləri Materials 9 İyul 2022 02:26 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Ukraynaya 400 milyon dollarlıq yeni müdafiə yardımı paketi barədə qərar imzalayıb.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli nümayəndəsi deyib.

Onun sözlərinə görə, yeni müdafiə paketinə əlavə "HIMARS" yaylım atəş sistemləri və sursatları, həmçinin 155 millimetrlik haubitsalar üçün min ədəd mərmi, üç taktiki nəqliyyat vasitəsi, partlayıcı qurğular, ehtiyat hissələri və digər avadanlıqlar daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti