Bakı. Trend:
Böyük Britaniya Krallığının Prokurorluq Xidməti Formula 1-in keçmiş rəhbəri Berni Ekklstounu saxtakarlıqda ittiham edib.
Trend "Dily Mail"ə istinadən xəbər verir ki, 91 yaşlı B.Ekklstoun 400 milyon funt-sterlinq (472 milyon avro) gəliri gizlətməkdə ittiham olunur.
Müvafiq araşdırma Böyük Britaniyanın Gəlirlər və Gömrük İdarəsi tərəfindən aparılıb.
Bu iş üzrə ilk məhkəmə iclası avqustun 22-nə təyin edilib.