...

Paris və Əbu-Dabi enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar

Dünya xəbərləri Materials 18 İyul 2022 22:11 (UTC +04:00)
Paris və Əbu-Dabi enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar

Bakı. Trend:

Bu gün Fransa və BƏƏ enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər Fransa hökumətinin açıqlamasına istinadən xəbər verir.

"Bu saziş hazırda qeyri-müəyyən vəziyyətdə olan enerji sektorunda yeni hasilat müqavilələri üçün imkan yaradaraq, sabit, uzunmüddətli əməkdaşlıq əsaslarına yol açacaq", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, tərəfdaşlıq Fransa, BƏƏ və ya digər ölkələrdə hidrogen, bərpa olunan enerji və nüvə enerjisi sektorlarında birgə investisiya layihələrini müəyyən etmək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti