Bakı. Trend:
Kanada Ukraynadan təsərrüfatı məhsullarının Ukraynadan Qara dəniz vasitəsilə kənd ixracı üçün taxıl dəhlizinin yaradılması haqqında sazişi imzalayan bütün tərəflərin onun müddəalarını ən qısa zamanda həyata keçirməyə başlayacaqlarını gözləyir.
Trend xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melano Joli bildirib.
Nazir qeyd edib ki, bir çox məsələlər həll olunmamış qalır, lakin bu razılaşma qlobal ərzaq böhranının aradan qaldırılması istiqamətində mühüm addım ola bilər.
"Bu razılaşma düzgün istiqamətdə atılmış bir addımdır, ona sadiq qalmaq həyati əhəmiyyət kəsb edir", - deyə M.Joli bildirib.
O, həmçinin əlavə edib ki, Kanada qlobal ərzaq böhranının təsirini azaltmaq üçün əlindən gələni etməyə davam edəcək. Kanada həmçinin bütün tərəfləri saziş üzrə öhdəliklərini yerinə yetirməyə mümkün qədər tez başlamağa çağırıb.