...

Kaliforniyada meşə yanğınları səbəbindən 6 mindən çox insan təxliyə edilir

Dünya xəbərləri Materials 24 İyul 2022 05:52 (UTC +04:00)
Kaliforniyada meşə yanğınları səbəbindən 6 mindən çox insan təxliyə edilir

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında genişmiqyaslı meşə yanğınları səbəbindən 6 mindən çox insan təxliyə edilib.

Trend-in məlumatına görə, bu barədə "Associated Press (AP)" agentliyi xəbər verib.

Yosemite Milli Parkı yaxınlığında böyüyən yanğın, həmçinin 2000-dən çox ev və müəssisənin elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Kaliforniya Meşə Təssərüfatı və Yanğından Mühafizə İdarəsi qeyd edib ki, yanğın cümə günü başlayıb və şənbə günü səhər saatlarına onun sahəsi artıq 26,5 kvadrat kilometr olub.

Sierra Milli Meşəsinin nümayəndəsi Daniel Pattersonun sözlərinə görə, bölgənin 6 mindən çox sakinin təxliyə edilməsi üçün tapşırıq verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti