...

İspaniyada tətillə əlaqədar onlarla aviareys təxirə salınıb

Dünya xəbərləri Materials 25 İyul 2022 15:45 (UTC +04:00)
İspaniyada tətillə əlaqədar onlarla aviareys təxirə salınıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyada "Ryanair" aviaşirkətinin göyərtə işçilərinin tətili ilə əlaqədar müxtəlif hava limanlarında azı 11 reys təxirə salınıb.

Trend-in məlumatına görə, 50-dən çox reysin uçuşları isə ləngiyib.

Qeyd olunur ki, tətil əsasən Barselona və Palma şəhərlərinin hava limanlarına ciddi təsir edib.

"Ryanair" əməkdaşlarının iş şərtlərinin yaxşılaşdırılması tələbi ilə tətilləri iyulun əvvəlindən keçirilir. Ümumilikdə, 6 gün ərzində ölkə ərazisində 200-dən çox reys təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti