Bakı. Trend:
Ötən həftə İstanbulda imzalanmış taxıl dəhlizi haqqında saziş çərçivəsində yaradılan Birgə Koordinasiya Mərkəzinin açılışı iyulun 27-də baş tutacaq.
Trend bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.
Qeyd olunur ki, mərkəz İstanbulda Milli Müdafiə Universitetində fəaliyyət göstərəcək.
Birgə mərkəzin işində Türkiyə, Rusiya və Ukrayna təmsilçiləri ilə yanaşı, BMT nümayəndələri də yer alacaq.
Xatırladaq ki, ötən həftə İstanbulda Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair saziş imzalanıb.