...

İranda daşqınlarda ölənlərin sayı 69 nəfərə yüksəlib

Dünya xəbərləri Materials 31 İyul 2022 13:01 (UTC +04:00)
İranda daşqınlarda ölənlərin sayı 69 nəfərə yüksəlib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən 9 gün ərzində İranda leysan yağışları və çayların daşması nəticəsində 69 nəfər ölüb.

Trend-in məlumatın görə, bunu İranın Fövqəladə Hallar Təşkilatının sədr müavini Nejad Cahani deyib.

N.Cahaninin sözlərinə görə, həmçinin indiyədək 45 nəfər itkin düşmüş sayılır.

Cahani əlavə edib ki, ölənlərdən 6 nəfəri İraq vətəndaşıdır. Həmçinin 3 İraq vətəndaşı itkin düşüb.

Təşkilat rəsmisi qeyd edib ki, ölkənin 24 vilayətində daşqınlar müşahidə olunur. Ən çox zərərçəkən vilayət Tehran vilayətidir. Ölkədə 20 min evə ziyan dəyib və 7 min ev tam şəkildə təmir olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti