...

Çin nüvə silahından ilk istifadə etmək niyyətində deyil

Dünya xəbərləri Materials 2 Avqust 2022 23:40 (UTC +04:00)

Bakı. Trend:

Çin nüvə sahəsində özünümüdafiə strategiyasına sadiqdir və şəraitdən asılı olmayaraq nüvə silahından istifadə edən ilk ölkə olmayacaq.

Trend xəbər verir ki, bunu Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin direktoru Fu Tsun BMT-nin baş qərargahında çıxış edərkən deyib.

"Çin sülhməramlı inkişaf yoluna və özünümüdafiə üzrə nüvə strategiyasına sadiqdir və heç vaxt heç bir şəraitdə nüvə silahından ilk istifadə etməməyə sadiqdir", - deyə Fu Tsun bildirib.

O əlavə edib ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdış sanksiya hədələriylə müşayiət olunmamalıdır. "ABŞ nüvə silahlarını Avropadan çıxarmalı və dünyanın başqa yerlərində yerləşdirməməlidir", - deyə Fu Tsun bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti