Bakı. Trend:
Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) Kristofer C. Kavolini qəbul edib.
Trend-in məlumatına görə, görüş Ankarada mətbuata qapalı şəkildə keçirilib.
Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər iştirak edib.