Bakı. Trend:
Matanzas əyalətində neft anbarında ildırım vurması nəticəsində yaranan böyük yanğın daha da güclənib.
Trend-in məlumatına görə, ən azı 52 nəfər xəsarət alıb.
Yaxınlıqda dörd partlayışın qeydə alındığı qeyd edilir. Zərərçəkənlərin hamısı hazırda xəstəxanaya yerləşdirilib, onlardan 10-nun vəziyyəti ağırdır.
Yanğınsöndürənlər hadisə yerindədir və neftin dağılması barədə məlumat yoxdur. Bundan əvvəl Kubanın Energetika və Mədən Nazirliyi hadisənin Kubanın yaxınlıqda yerləşən ən böyük elektrik stansiyasının işinə təsir etmədiyini bildirib.