Bakı. Trend:
Dünya Bankı Ukraynaya 4,5 milyard dollar yardım edəcəyini açıqladı, bu maliyyə paketi "təcili ehtiyacları" qarşılamaq üçün nəzərdə tutulub.
Trend xəbər verir ki, bu barədə Dünya Bankının açıqlamasında deyilir.
"Maliyyə paketi ABŞ-ın 4,5 milyard dollarlıq qrantından ibarətdir", - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, maliyyə dəstəyi Kiyevə sosial müavinətlər, tibbi xidmətlər və pensiyaların xərclərini ödəməyə kömək edəcək.