...

"Bloomberg": Cənubi Avropa gizli şəkildə Rusiyadan neft alır

Dünya xəbərləri Materials 9 Avqust 2022 04:22 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Avropa və Aralıq dənizi ölkələri gizli şəkildə Rusiyadan xam neft alışlarını bərpa ediblər.

Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata əsasən, Avropa İttifaqının (Aİ) bu cür tədarüklərə qadağasının qüvvəyə minməsinə artıq dörd ay qalıb.

Bildirilir ki, iyulun 29-dan avqustun 5-dək Baltik və Qara dənizdəki terminallardan Türkiyə və İtaliya limanlarına Rusiya neftinin nəqlinin həcmi son yeddi həftə ərzində maksimum həddə çatıb.

Bundan əlavə, aprel ayından bəri ilk dəfə "Urals" neftinin partiyası İspaniyaya çatdırılsa da, çatdırılmanı Qazaxıstanın “KazTransOil” şirkəti həyata keçirib. Həmçinin ötən həftə Yunanıstan fevraldan bəri ilk dəfə Rusiyadan neft alıb. Bolqarıstan və Rumıniya Rusiyadan karbohidrogen alışını gündə 255 min barrelə çatdırıb.

"Bloomberg"in hesablamalarına görə, Rusiya xammalının avropalı istehlakçılara ümumi tədarükü sutkada 1,38 milyon barel səviyyəsində dəyişir. Bu, son beş həftənin ən yüksək göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti