Bakı. Trend:
Ukraynanın dövlət büdcəsinin aylıq kəsiri 5 milyard dollardır.
Trend xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zeneski deyib.
"Biz çox istəyirik ki, iqtisadiyyatımız bərpa olunsun. Bu gün əziyyət çəkirik. Ayda mənfi 5 milyard dollarımız var. Mən belə böyük bir kəsiri nəzərdə tuturam", - deyə V.Zelenski bildirib.
Onun sözlərinə görə, bu səbəbdən insanlara maaş vermək çox çətindir.
Eyni zamanda o, iqtisadiyyatın bərpa olunacağına da inandırıb.