...

Bayden Ukraynaya 775 milyon dollarlıq hərbi yardım paketini imzalayıb

Dünya xəbərləri Materials 20 Avqust 2022 07:07 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden dövlət katibinə ölkənin Müdafiə Nazirliyinin büdcəsindən Ukraynaya yardım üçün 775 milyon dollar ayırmağı əmr edən sərəncam imzalayıb.

Trend bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, yeni paketə "HIMARS" üçün sursatlar; 16 ədəd 105 mm-lik haubitsa və onlar üçün 36 000 sursat; 15 ədəd "ScanEagle" pilotsuz üçüş aparatı; "HARM" anti-radar raketləri; 1000 ədəd "TOW" ağır tank əleyhinə raketlər; 1000 ədəd "Javelin" tank əleyhinə sistemlər və s. daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti