...

Fransada təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 21 Avqust 2022 03:33 (UTC +04:00)
Fransada təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

Fransanın şimalında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Trend xəbər verir ki, təyyarə şənbə günü səhər Mo-Esbli aerodromundan (Seine-et-Marna departamenti) havaya qalxıb və saat 12:48-də radar ekranlarından itib.

Sükan arxasında təcrübəli pilot var idi.

Onunla birlikdə təyyarədə bir sərnişin də olub.

Hadisə ilə əlaqədar olaraq aerodrom bazar ertəsinə qədər fəaliyyətini dayandırıb.

Polis hadisənin başvermə səbəblərini araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti