...

Mərakeş Tunisdəki səfirini geri çağırıb

Dünya xəbərləri Materials 27 Avqust 2022 02:56 (UTC +04:00)
Mərakeş  Tunisdəki səfirini geri çağırıb

Bakı. Trend:

Mərakeş hökuməti Tunisdəki səfirini məsləhətləşmələr üçün geri çağırmaq və Tunisdə Afrikanın İnkişafı üzrə Tokio Beynəlxalq Konfransında iştirak etməmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Mərakeş Xarici İşlər Nazirliyi bildirib.

"Mərakeş avqustun 27-28-də Tunisdə keçiriləcək Afrikanın inkişafı üzrə 8-ci Tokio Beynəlxalq Konfransında iştirak etməmək və məsləhətləşmələr üçün Tunisdəki səfiri dərhal geri çağırmaq qərarına gəlib", - deyə qeyd olunub.

Al Arabiyanın məlumatına görə, 2 ölkə arasında gərginlik Tunis prezidenti Kais Said separatçı lideri qəbul etdikdən sonra daha ciddi hal alıb. Mərakeş bunu ərazi bütövlüyünə təhdid hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti