...

Qazaxıstanda zavodda qaz partlayışı baş verib

Dünya xəbərləri Materials 1 Sentyabr 2022 00:21 (UTC +04:00)
Qazaxıstanda zavodda qaz partlayışı baş verib

Bakı. Trend:

Qazaxıstanın Almatı şəhəri yaxınlığında istilik izolyasiya lövhələri istehsalı zavodunda qaz partlayışı baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Almatı vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, partlayış nəticəsində zavodun örtüyü yanıb, dam örtüyü və divarı uçub.

"Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə orta dərəcəli bədən xəsarətləri alıb. Yanğın saat 10:35-də lokallaşdırılıb, saat 10:50-də söndürülüb", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti