Bakı. Trend:
Filippinin Luson adasında baş verən "Noru" tayfunu nəticəsində 8 nəfər həlak olub.
Trend xəbər verir ki, ümumilikdə tayfundan 911 mindən artıq insan zərər görüb.
Məlumata əsasən, 47,8 min təxliyə edilmiş şəxs hazırda 27 təxliyə mərkəzindədir. 91,1 mindən artıq bir neçə gün əvvəldən evini tərk edib.
Bildirilir ki, tayfun nəticəsində həmçinin 52 nəfər xəsarət alıb, 6 nəfər isə itkin düşüb.