...

Türkiyədə Rusiya kapitallı şirkətlərin sayı artmaqda davam edir

Dünya xəbərləri Materials 30 Sentyabr 2022 15:42 (UTC +04:00)
Türkiyədə Rusiya kapitallı şirkətlərin sayı artmaqda davam edir

Trend-i buradan izləyin

Bakı. Trend:

2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Rusiya kapitalı ilə 729 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 606 şirkət çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə qeydiyyata alınan Rusiya şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapitalı da artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 320 milyon 539 min 891 türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 52 milyon 141 min 450 türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-avqust aylarında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (515) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Rusiya şirkətlərinin ümumu kapitalı 108 milyon 946 min 991 türk lirəsi təşkil edib”, –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyədə Rusiya kapitalı ilə 410 topdan və pərakəndə, 47 karqo və 56 istehsal şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti