...

Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 3 Oktyabr 2022 04:46 (UTC +04:00)
Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Tayvanın şərq sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Çin adasının seysmoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanlar Hualyan qəzasında hiss olunub. Zəlzələnin episentri eyniadlı şəhərdən 58,2 km cənub-qərbdə, ocağı isə 23,5 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti