Bakı. Trend:
Şimali Koreya bu gün Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
Trend-in məlumatına görə, bu barədə "Renhap" agentliyi Cənubi Koreya hərbi komandanlığına istinadən bildirib.
Buraxılan raketlə bağlı hələlik əlavə məlumat verilməyib.
Qeyd edilib ki, bu, son iki həftə ərzində Şimali Koreyada yeddinci belə buraxılışdır.